Ziya Məmmədov işdən çıxarılmasından danışdı

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar nazirliyinə birləşdirilib.

Yeniçağ.az xəbər verir ki, Musavat.com məsələ ilə bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovla əlaqə saxlayıb. O, bildirib ki, sərəncam ölkə başçısı tərəfindən imzalanıbsa, bunu yüksək qiymətləndirir: “Aidiyyatı üzrə icra olunmasını zəruri hesab edirəm”.

Bundan sonra hansı işlə məşğul olacaqsınız? – sualına sabiq nazir belə cavab verib: “Hələ sərəncamla tanış olmamışam. Oxuyum sonra bu barədə danışarıq”.

Yeniçağ.az