Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır.
Şahidlərin sayta verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.
Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.