!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ziyad Səmədzadə haqda yeni iddialar – İttiham var

!Reklam – Yazi

ziyadd2Millət vəkili Ziyad Səmədzadəni “Trasta Komercbanka” Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbərinin qanunsuz əməllərini müdafiə etməyə nə sövq etmişdir???

…Ola bilsin bir çoxlarımız 2014-cü ilin 16 may tarixində Azərbaycanda fəaliyyət göstərən Latviya şirkətində görünməmiş korrupsiya faktlarının aşkar edilməsi barədə rəsmi məlumatından xəbərsizik…

Baş Prokurorluğun mətbuat xidmətindən həmin dövrdə “Təzadlar”a verilən rəsmi məlumatda bildirilirdi ki, “Latviya Respublikasında qeydiyyatdan keçən “Trasta Komercbanka” Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbərinin qanunsuzluqlara yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalarla nümayəndəliyin rəhbəri Bəyəli Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhər sakininin həmin bankda hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürməklə sonradan özgəyə məxsus külli miqdarda əmlakı ələ keçirib dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb…”.

Ziya Səmədzadə köməyə gəlir…

…Və elə bir çoxlarımız da həmin cinayət işinin nə ilə bitdiyindən də məlumatsızdır… Amma artıq bir sıra qaranlıq məqamlara aydınlıq gətirilməkdədir. “Təzadlar”ın rəsmi saytının ötən buraxılışlarında akademik Ziyad Səmədzadənin barəsində redaksiyaya daxil olmuş və Prezident İlham Əliyevə ünvanlı müraciətdə bir sıra suallara cavab verilib… Bu gün redaksiymıza təqdim olunmuş bir sənəd həqiqətən də bizi şoka saldı. Məlum olur ki, yuxarıda adı dələduzluqda çəkilən Bəyəli Mürsəlovu həmin cinayətə görə həbsdən xilas edən məhz Millət vəkili, akademik Ziyad Səmədzadə olmuşdur. Məktub-müraciətdən hələlik qısa məlumatlar:” Hörmətli “Təzadlar”! Bugünkü saytınızda Milli Məclisin deputatı Ziyad Səmədzadə barədə yazdığınız yazını Azərbaycan MEA-da oxuduq. İlk oncə qeyd edim ki, çox doğru məqamlara toxunmusunuz. Maraqlı olacağını düşünüb bəzi məlumatları diqqətinizə çatdırmaq istərdik. Siz sonda qeyd etmisiniz ki, Mürsəlov Mürsəli intihara kim sövq edib? Bu barədə həmin illərdə Azərbaycan Prokurorluğunda başlanmış cinayət işinin materiallarını sizə göndəririk… Siz biləsiniz ki, mərhum Mürsəl Mürsəlovun həyat yoldaşı olmuş Qəribova Firuzəxanım Hacıbaba qızı hal-hazırda Ziyad Səmədzadənin baş köməkçisidir…. Və Fİruzəxanım xanımın oğlu Mürsəlov Bəyəli Mürsəl oğlu da Ziyad müəllimin havadarlıq elədiyi adamlardan biridir. Daha doğrusu, dələduzluq əməli törətmiş şəxslərdən biri olub… Bəyəli Mürsəlovun iş adamlarını aldatmasından tutmuş, qara pulların yuyulmasına qədər barəsində dəfələrlə yazılan yazılara mətbuatda rast gəlməmiş olmazsınız.

Bu yazıya yuxarıda əlavə etdiyim faylda Bəyəli Mürsəlovun iş adamını necə aldatdığını görəcəksiz. Bu cəmi bir faktdır. Bu kimi onlarla fakt var. Bu insan Latviyanın “TKB LİZİNGS” şirkətinin Azərbaycandakı nümayəndəliyinin direktoru olub. Qeyd edim ki, onu ora işə də Zİyad Səmədzadə düzəldibdir… Zİyad müəllim bildiyiniz kimi Azərbaycan-Latviya parlamentlərarası qrupun rəhbəridir. Öz əlaqələrindən istifadə edərək Bəyəli Mürsəlovu ora işə düzəldən Zİyad Səmədzadə daha sonra işlədiyi dövrdə ona havadarlıq etmiş və dələduzluqlarını ört-basdır edərək Bəyəlinin insanları tələyə salaraq milyonlarla pulunu mənimsəməsinə dolayısı ilə şərait yaratmışdır…. Əlavə etdiyim fayldakı faktda da Zİyad Səmədzadə açılmış cinayət işində Bəyəli Mürsəlovun cinayətini öz əlaqələrindən istifadə edərək ört-basdır etmiş və onun həbs olumasının qarşısını almışdır. Belə faktlar dəfələrlə baş vermişdir və hər dəfə Ziyad Səmədzadə Firuzə xanımın da təkidiylə Bəyəlini qorumuş, onun yaxasını cinayətdən qurtarmışdır. Bəyəli Mürsəlov daha sonra TKB Lizinqs şirkətinin rəhbərliyi tərəfindən korrupsiya faktlarına və saysız hesabsız şikayətlərə görə işdən qovulmuşdur. Lakin qeyd etdiyim kimi Ziyad muəllimin köməkliyi ilə həbsdən canını qurtarmışdır… Eyni zamanda nəzərinizə çatdırım ki, Bəyəli Mürsəlov “TKB Lizings”dən öncə islədiyi yerdə də dələduzluğa görə işdən qovulmuş və yenə də Ziyad Səmədzadə onun işini korrupsiya ilə mübarizə idarəsindən yayındırmışdır… Bu sənədləri də sizə göndərirəm…

-Bəs Ziyad Səmədzadəni Bəyəli Mürsəlova bağlayan səbəb nədir???

www.yenicag.az

700
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv