Ziyafət Əsgərov məxfi dövlət sirrini yayıb? – Münasibət

Vitse-spikerin açıqlamasını blef sayan da, mühüm dövlət sirrini yaydığını iddia edənlər var

7D1F507A-227F-4698-AAEB-C5285A3B93BF_mw1024_n_sMilli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov “Sərkisyanın kabineti Azərbaycan Silahlı Qüvvələri tərəfindən izlənir.O bunu bilməlidi və nəzərə almalıdı” sözləri ilə skandala imza atdı.

Bu açıqlama mətbuata yayılan kimi, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Kimisi Ziyafət Əsgərovun dediklərinin blef olduğunu deyir, kimisi də ümumiyyətlə, dövlət məmurunun bu cür açıqlama ilə çıxış etməsini yolverilməz sayır.

İREX-Azərbaycan təşkilatının sədr müavini, tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu hesab edir ki, vitse-spiker bu760862_439719 açıqlaması ilə dövlət sirrini yayıb.

Sabiq MTN əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl  “facebook” səhifəsində məsələ ilə bağlı fikirlərini bölüşüb: “Ziyafət Əsgərov deyib ki, ”Sərkisyanın kabineti Azərbaycan Silahlı Qüvvələri tərəfindən izlənilir. O, bunu bilməlidi və nəzərə almalıdı”. Tutaq ki, izlənilir. O zaman, bu, çox ciddi məxfi tədbirdi, dövlət sirri hesab edilməlidi və Ziyafət Əsgərovun bu barədə məlumatı olmamalıdı. Amma belə bir izləmə yoxdu, sadəcə populist və skandal yarada biləcək bir bəyanatdı. Sabah Ermənistan bu məsələ barəsində yalançı hay-küy də qaldıra bilər, ölkəmizi istehza hədəfinə də çevirə bilər. Üstünlüyümüzü göstərmək istəyiriksə, sözlə, həm də yalan sözlə deyil, əməldə göstərməliyik”.

143695_442628İlham İsmayıl statusunun sonunu belə bitirib: “Bu sözü Mirqədirov deməyib, parlamentin müavini deyib…”.

Deputat Zahid Oruc isə Ziyafət Əsgərovun dediklərini təqdir edir. O, “Azadlıq”a açıqlamasında bunun informasiya savaşı nöqteyi-nəzərindən doğru addım olduğunu bildirib: “Birincisi, nəzərə alın ki, Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavinidir. Onun dövlətin yuxarı eşelonlarında olan hər hansı sirləri – dövlət sirləri kateqoriyasında olan informasiyaları, məxfi materialları bilmək imkanı var. Eyni zamanda, qanun da ona belə bir hüququ verir. Hər hansı məsələyə daha dərindən bələdçilik Ziyafət Əsgərovun konstitusion hüququdur. Məsələnin başqa bir tərəfi onun belə bir açıqlama ilə çıxış etməsidir. Nəzərə alın ki, Sərkisyanın Praqada məlum çıxışı, o cümlədən Ramil Səfərovla bağlı hədələyici və terror qrupunun başçısı kimi davranışları fonunda dövlətin yüksək səlahiyyət sahibləri də məhz informasiya döyüşündədir. Yəni, məsələyə informasiyanın açılması, bunun Azərbaycanın milli maraqlarına nə dərəcədə zərbə olub-olmamasından daha çox, qeyd etdiyim kontekstdən yanaşılmalıdır. Azərbaycanın hərbi strukturları, onun kəşfiyyat idarələri tərəfindən Sərkisyanın həyat fəaliyyəti, onun siyasi qərarları nə dərəcədə nəzarət altındadır, buna peyk rabitəsi necə imkan verir, bu artıq dərindən qiymətləndirilməli bir məsələdir. Ancaq hesab edirəm ki, Ziyafət Əsgərovun addımı informasiya savaşı nöqteyi-nəzərindən doğrudur”.

988607_10151462572787691_970956907_nAraşdırmaçı yazar Zaur Əliyev isə “Facebook” hesabından yaydığı statusda bu açıqlamanı yolverilməz sayıb: “ Bu açıqlama belə bir vəzifə tutan şəxs tərəfindən deyilməli deyil”. Qarabağla bağlı ciddi araşdırmaların müəllifi olan Z.Əliyev onu da qeyd edib ki, “İzləyən (düşmən ölkənin prezidentinin otağı nəzərdə tutulur-red.) dövlətin torpaqları erməni işğalında olmaz”.

 

 

COP29