!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ziyalılar komitə sədrini topa tutdu: "Deputatlar cəmiyyətə pis nümunə olurlar"

!Reklam – Yazi

“İlk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Aqiyə Naxçıvanlı deyib.

Sədrin səsləndirdiyi bu fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Aqiyə Naxçıvanlının səsləndirdiyi fikrə münasibət bildirən yazıçı-publisist Mehriban Vəzir deyib  ki, ən asan xalqı, insanları, vətəndaşı ittiham etməkdir:

“Ən çətini xalqa, vətəndaşa, fərdlərə görə höküməti ittiham etməkdir. Bizim bu insanlar, deputatlar öz missiyalarını anlamırlar. Anlamırlar ki, onlar fərdlərin, xalqın, toplumun təmsilçiləridir. Buna görə də xalqın sözçüsü olmalıdırlar, hökümətin yox. Onlar isə əksinə hökümətin sözçüsü kimi çxış edirlər. Məsələdə ən başlıca yalnış budur.

Heç kimin haqqı yoxdur desin ki, 2 uşaq və ya 5 uşaq dünyaya gətir. Normal ölkələrdə çox uşaqlılığı təbliğ edirlər. Bizdə də bunu təbliğ edən zəif də olsa qanunlar var. Məsələn, 5 uşaqlı anaya müavinət vermək kimi. Ona görə də, təəssüflənirəm, deputatlar cəmiyyətə pis nümunə olurlar”.

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə Aqiyə Naxçıvanlının fikirinə bu cür reaksiya verib:

“Mənə elə gəlir ki, bu normal təfəkkür söhbəti deyil. Aqiyə Naxçıvanlının ya dili çaşıb, ya da ki, onun şəxsiyyətinə ehtiram şərti olaraq deyə bilərəm ki, bu müəyyən mənada xəstəlik əlamətidir. Dünya uşaq doğumunun azaldılmasına, abortlara qarşı mübarizə aparır. Bizim genofondumuzun məhv olmasında azuşaqlılığın da rolu var. Tarixən çoxuşaqlı olmuşuq. İndiki zamanda parlamentdə “Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?” ifadəsi səsləndirmək ən azı normal deyil.

Dövlət vətəndaşının, uşağının, xəstəsinin qeydinə qalmalıdır, ehtiyacı olanın ehtiyacını ödəməlidir. İndiki zamanda uşağın sayını qarışmaq doğru deyil. Həmin millət vəkili təklif etsin, qanun qəbul olunsun ki, uşaq istehsal etməyək. Bununla da dövlətin də yükü yüngül olsun. Belə bir məntiq varmı? Konkret Çində uşaq doğuşunu məhdudlaşdıran qanun var. Onun özü də, müəyyən mənada allahsızlıqdır. Azərbaycanın kifayət qədər imkanları var. Əksinə bizi  istəyərdim ki,  yeni ailənin 5 uşaqdan aşağı uşağı olmasın”.

 Tanınmış siyasətçi uşaqlara verilən müavinətlərin azlığından narazılığını dilə gətirib:

“Hətta uşaqlara verilən müavinətlər də  utanc gətirən səviyyədədir. Maaşların hansı həddə olduğunu bilirik. Qanunverici orqan bunun üzərində düşünməlidir ki, büdəcdən kənar axmalar hara gedir. Hökümət üzərində nəzarət paketini ortaya qoymalıdırlar. Bizim büdcəmiz zənginləşməlidir ki, o cür anormal təkliflər də səslənməsin”.

www.yenicag.az

1978
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv