Zlatan İbrahimoviç “Milan”ın rəhbərliyində: Direktorlar Şurasının üzvü oldu

42 yaşlı keçmiş futbolçu Zlatan İbrahimoviç “Milan”ın Direktorlar Şurasının üzvü seçilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Zlatan İbrahimoviç İtaliya klubunun sahibi olan ABŞ-nin “Redbird” investisiya şirkətinin baş məsləhətçisi vəzifəsinə təyin olunub.

Məlumatda bildirilir ki, İbrahimoviçin səlahiyyətlərinə oyunçuların inkişafı, onların idman formasında olmağı, “Milan”ın kommersiya maraqlarının təşviqi, həmçinin komanda üçün strateji əhəmiyyət daşıyan xüsusi layihələrin dəstəklənməsi daxildir.

Qeyd edək ki, İbrahimoviç bu ilin iyunun 5-də karyerasını bitirdiyini elan edərək, “Mən bütün həyatım boyunca “Milan”lı olacam. Təkçə sizinlə yox, futbolla vidalaşmağın vaxtıdır”, – deyə bildirmişdi.

O, 2020-ci ildən “Milan”da çıxış edirdi.

COP29