Zmeyinı adasını ruslara təslim etməyən ukraynalı hərbçi mükafatlandırıldı – FOTO

Rusiya hərbi donanması tərəfindən irəli sürülən ultimatuma rəğmən təslim olmaqdan imtina edən ukraynalı hərbçi yüksək dövlət mükafatına layiq görülüb. 

Bu barədə Ukrayna vilayət hərbi administrasiyasının rəhbəri İqor Taburets məlumat yayıb.

Belə ki, ukraynalı sərhədçi Roman Qribovun Zmeyinı adasında göstərdiyi nümunəvi əzmkarlıq nəzərə alınıb və o, “Çerkassı qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Zmeyinı adasında əsir götürülən ukraynalı hərbçilər bir neçə gün sonra danışıqlar nəticəsində Rusiya tərəfinin hərbçiləri ilə dəyişdirilib.

COP29