!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ZMM növbəti dəyirmi masanı Masallıda keçirib

!Reklam – Yazi

siaphoto_502908Bir sıra KİV-lərə və debitorlara diplomlar təqdim olunub

Zərdabi Mətbuat Mərkəzi və “Kped Aqro” Bank Olmayan Kredit Təşkilatı “Azərbaycanda bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələri təcrübəsindən, mövcud durum və həllini gözləyən vəzifələr” mövzusunda növbəti dəyirmi masası dünən Masallı şəhərində keçirilib. “Kred Aqro” BOKT-nin yerli filialında düzənlənən tədbirdə Cənub zonasında işıq görən KİV-lərin, bank-kredit sektorunun təmsilçiləri və debitorlar iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə Masallı rayon icra hakimiyyətinin baş məsləhətçisi Həmid Süleymanov açıb. O, toplantının əvvəlki tədbirlər kimi hər üç cinah arasında əlaqələrin genişlənməsinə təsirsiz ötüşməyəcəyinə əminliyini bildirib.

Sonra Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə layihə çərçivəsində son dörd ildə görülən işlər barədə məruzə edib. O deyib ki, bu bizim əməkdaşlığımız çərçivəsində regionlarda reallaşdırdığımız 9-cu dəyirmi masadır: “Ötən müddət göstərib ki, medianın bank-kredit sektoru ilə qısamüddətli əməkdaşlıq kimi klassik ənənələrinin belə davamlı formatda əvəzlənməsi üçün geniş imkanlar mövcuddur. Bunun üçün istək və məsələyə yaradıcı yanaşma olmalıdır. Bizim layihələrimizin paytaxt hüdudlarından çıxaraq regionları, son iki ildə debitorları da əhatə etməsi bunun mümkünlüyünü göstərib”.

R.Hüseynzadə qarşılıqlı əməkdaşlığın ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri ilə yanaşı regional KİV-lərdə də mövzunun daha aktiv və peşəkarlıqla işıqlandırılmasına təsirsiz ötüşmədiyini deyib. Sonra isə 31 KİV-də aparılan və 2015-ci ilin 7 ayını əhatə edən monitorinqin nəticələrini açıqlayıb. Məruzəçi həmin müddətdə ötən ilin müvafiq dövrünə nisbətdə sahəyə aid 315 çox material qeydə alındığını vurğulayaraq informasiyalarla yanaşı maarifləndici yazıların artımını müsbət hal kimi dəyərləndirib.

“Kred Aqro”» BOKT-nin təchizat və təbliğat üzrə mütəxəssisi Asif Həmzəyev mənsub olduğu qurumun 2000-ci ildə ABŞ-ın qeyri-hökümət beynəlxalq inkişaf təşkilatı ACDİ-VOCA tərəfindən yaradıldığı, Azərbaycanın bütün bölgələrində mikro və kiçik biznes nümayəndələrinə göstərdiyi maliyyə xidməti barədə məlumat verib. O, şirkətrin kənd təsərrüfatı sektoruna verdiyi töhfələrə görə iki dəfə «UĞUR» milli mükafatına, 2012-ci ildə isə Parisdə «Business Initiative Directions» şirkətinin keçirdiyi tədbirdə «WQC AVARD» mükafatının «Qızıl kateqoriyası»na layiq görüldüyünü söyləyib. A.Həmzəyev nailiyyətlərdə media ilə əməkdaşlığın müstəsna rol oynadığına diqqəti çəkərək Sumqayıt şəhərində olduğu kimi burada eyni sevincin yaşanacağını bildirirb. Sonra yerli fəal debitorlardan Elçin Məmmədova, Habil Əşrəfova, Ərzuman Quliyevə, Elvin Rəhimova (Lənkəran) və Xanlar Əkbərova (Cəlilabad) «Kred Aqro» BOKT-nin diplomlarını, qiymətli hədiyyələrini təqdim edib.

Masallıda çıxan «Cənub xəbərləri», «Yeni həyat», Cəlilabadın «Yeni gün», Astaranın və Lənkəranın eyni adlı qəzetləri isə Zərdabi Mətbuat Mərkəzinin diplomlarına layiq görülüb.

«Dəyirmi masa» iştirakçılarından Zahir Əmənovun («Cənub xəbərləri»), Böyukxan Bağırovun («Yeni gün»), Azər Abdullayevin («Astara»), Əlihüseyn Şükürovun («Yeni həyat»), İltifat Əhmədov(«Lənkəran»), «Kred Aqro» BOKT-nin Masallı və Cəlilabad filiallarının rəhbərləri Şahin Cəbrayılovun, Fərahim Zalıyev, Bahəddin Həmidovun («Kredo Bank») və Amil Hüseynovun («Respublika» Bankı) çıxışlarında stimullaşdırıcı tədbirlərin qarşılıqlı əməkdaşlığa təsiri qeyd olunub. Eyni zamanda qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün təkliflər irəli sürülüb.

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv