!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zöhrə Abdullayeva vəfat etdi

!Reklam – Yazi

Müğənni, Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva 68 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov məlumat yayıb.

Məlumata görə, sklerodermiya xəstəliyindən əziyyət çəkən ZAbdullayeva dünyasını dəyişib.

Qeyd edək ki, müğənni sklerodermiya xəstəliyindən əziyyət çəkirdi və bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Əvvəl “Lalə qızlar ansamblı”nın, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

Z.Abdullayevanın oğlu 2018-ci ildə ağır xəstəlikdən vəfat edib.

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv