Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi – FOTO

Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Hacı Nuran sosial media hesabında Zöhrə Abdullayeva ilə fotolarını paylaşaraq  ifaçının xəstəxanaya yerləşdirildiyini bildirib.

Xatırladaq ki, revmatizmadan əziyyət çəkən sənətçi son günlər 30 kq çəki itirərək tanınmaz hala düşüb.