Zooparka giriş biletləri neçəyə olacaq?

Yenidənqurmadan sonra açılışı olan Bakı Zooloji Parkına giriş biletlərinin qiyməti açıqlanıb.

Yenicag.az xəbər verir ki, Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva bildirib ki, biletin qiyməti böyüklər üçün 5 manat, uşaqlar üçün isə 2 manat olacaq: “Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün isə bilet pulsuz olacaq.

Saat 10.00-dan 17.30-a qədər kassalar fəaliyyət göstərəcək və eyni zamanda onlayn formada da bilet satışı həyata keçiriləcək”.