!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zorakılıq görüntülərilə bağlı daha bir AÇIQLAMA - FOTO

!Reklam – Yazi

Sosial şəbəkələrdə işgəncə, zorakılıq görüntüləri ilə bağlı yayılan fotolar suallar doğurur.

Yenicag.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru, təqaüddə olan polis zabiti Cavid Cəfərov bildirib.

“Bu o qədər həssas məsələdir ki, indiyə qədər mütləq kimsə həmin fotolarda əks olunan hansısa yaxınını tanıya bilərdi. Amma bu baş vermədi. Görünür ki, hansısa kənardan idarə edilən, destruktiv qüvvələrin məqsədli olaraq yaydığı görüntülərdir. Əgər fotolara diqqətlə baxılsa, orada gizli numayişlər var. Bayraq və gerbi nəzərdə tuturam. Eləcə də onlardan bir nəfərin bədənində isə mənşəyi məlum olmayan döymələr var. Fotolardan aydın görünür ki, iddialar ictimai fikri çaşdırmağa yönəlib”, – o deyib.

C.Cəfərov vurğulayıb ki, avtomobilin qarşısında selfisi olan vətəndaş ümumiyyətlə hüquq-mühafizə orqanlarında işləmir:

“Məndə olan məlumata görə, sadə həyat tərzi sürür, zəhmətkeş adamdır. Ancaq onu da fotolara əlavə edib şou yaradırlar”.

***

Bir neçə şəxsə qarşı işgəncə ilə bağlı yayılmış fotoların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və ümumiyyətlə, Azərbaycanın daxili işlər orqanlarına aidiyyəti yoxdur.

Yenicag.azxəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

Onun sözlərinə görə, bu fotoların Azərbaycanda çəkilməsi barədə deyilənlər tamamilə yalan və uydurmadır:

“Fotolarda görünən şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Həmin fotolar lap çoxdan başqa ölkədə çəkilib. Çünki insanlar qış geyimindədirlər. Bir daha deyirəm ki, təxribat məqsədilə yayılan həmin fotoların Azərbaycanın hüquq mühafizə orqanlarına heç bir aidiyyəti yoxdur”.

Fotolarda yer alan və Azərbaycana məxsus dövlət nömrə nişanlı avtomobilin qarşısında şəkil çəkdirən şəxslə bağlı isə Ehsan Zahidov bildirib ki, Azərbaycanın polis sıralarında elə bir adam tanımır.

Fotolarda Azərbaycan bayrağının da yer alması ilə bağlı sualı Ehsan Zahidov belə cavablandırıb:

“Bu da təxribat məqsədilə edilib. Azərbaycan bayrağını dünyanın istənilən yerində harasa qoyub şəkil çəkmək olar”.

 

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv