!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zükerberqdən 3 milyard dollarlıq xeyriyyə

!Reklam – Yazi

thumbs_b_c_7724ce1407928ae1bec4df9d79fa8bc1Feysbukun rəhbəri Mark Zükerberq həyat yoldaşı ilə birgə insanlardakı bütün xəstəliklərlə bağlı səhiyyə araşdırmalarına 3 milyard dollar pul ayıracağını deyib.

“Qafqazinfo” xəbər verir ki, dünyadakı ən yaxşı səhiyyə araşdırmaçılarını bu işə cəlb edəcəyini deyən Zükerberq bir sıra xəstəliklər üzündən uşaqların belə kiçik yaşlarından həyatdan köçdüyünü qeyd edib. 3 milyardlıq yardım isə ailənin qurduğu “Chan Zuckerberg Initiative” adlı xeyriyyə təşkilatı adından ediləcək.

Zuckerberg-Chan cütlüyü ötən ilin sonlarında qızları Maksın doğumundan sonra Feysbukda sahib olduqları 45 milyard dollara yaxın hissənin 99 faizinin xeyriyyə işləri üçün sərf edəcəklərini açıqlamışdılar.

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv