Zülfiyyə Xanbabayeva GİZLİNLƏRİ AÇDI: “Bu şayiələr o qədər böyümüşdü ki, hətta…”

“Biz evdə tərbiyəni belə görmüşük ki, qapıdan bayıra çıxanda özünü yaxşı apar”.

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva deyib.

Sənətçi sosial şəbəkə izləyicilərin ona ünvanladığı çoxsaylı sualları cavablayıb.

Suallar arasında arıqlamağı və haqqında gəzən şayiələr barədə də suallara cavab verib:

“Əgər mən tərbiyəmi qoruyuramsa, əgər özümü evdəki kimi yox, cəmiyyət içərisində başqa cür aparıramsa… Biz evdə tərbiyəni belə görmüşük ki, qapıdan bayıra çıxanda özünü yaxşı apar. Haqqımda düz olmayan şayiələr də var idi. Hətta o qədər bu söhbətlər, şayiələr o qədər böyümüşdü ki, yaxınlarım biliblər onu etməmişəm, amma artıq onlar da məndən şübhələniblər.

Qadınlar hamısı bir-birini, bütün həkimləri yaxşı tanıyır. Balaca şəhərdir. Arıqlamağın bir yolu var, ağzını bağlayırsan, bitdi, getdi”.

Nehru

COP29