Zülfiyyə Xanbabayevadan DOĞUM GÜNÜ ETİRAFI: “Öz istədiyimi seçdim” – VİDEO

Xalq artisti Zülfiyyə Xanbabayeva sənətdə keçdiyi yolu əks etdirən videoçarx paylaşaraq etiraflar edib.

Yenicag.az xəbər verir ki, doğum gününü qeyd edən müğənni videoçarxı “Bu illər mənimdir”,- şərhi ilə təqdim edib:

“Uşaqlıqdan bilirdim ki, səhnədə olacam. Öz istədiyimi seçdim. Sənətim yalnız mənə baş ucalığı gətirib. O illər mənə aiddir. Heç bir şeyi dəyişmək istəməzdim. Mənim üçün bundan gözəl sənət yoxdur”.

Nehru