Zülfiyyə Xanbabayevanın yubileyində fəxri qonaq – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə xalq artisti Zülfiyyə Xanbabayevanın fotosu yayılıb.

Yenicag.az xəbər verir ki, foto Leyla Əliyevanın İnstaqram səhifəsində paylaşılıb.

O, müğənnini ad günü münasibətilə təbrik edərək bunları yazıb:

“Əzizim Zülfiyyəni ad günü münasibəti ilə təbrik edirəm. Xoşbəxtlik, cansağlığı və bütün arzularının yerinə yetməsini diləyirəm”.