!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zülfiyyədən SƏRT QINAQ: “Efirə çıxıb özünə yar axtaranlar...”

!Reklam – Yazi

Son vaxtlar bəzi insanların telekanallara üz tutub, sosial verilişlərdə özünə həyat yoldaşı axtarması birmənalı qarşılanmır. Bəzi insanlar buna müsbət yanaşsa da, bəziləri onları qınayır.

Yenicag.az-a açıqlama verən tanınmış aktrisa Zülfiyyə Nəzər Məmmədova özünə həyat yoldaşı axtaranlara pis baxmadığını söyləsə də, evlilik proqramlarına çıxanlarla bağlı isə fikirləri birmənalı deyil:

“Evlənmək məqsədi ilə sosial verilişlərə çıxan və özünə uyğun həyat yoldaşı axtaran insanlara pis baxmıram. Amma bir sual da yaranır ki, axı niyə insan efirdən özünə yar axtarır? Gənc adamdır, istədiyi məkanda bəyəndiyi adamla tanış olmaq ona rahatdır. Kimə istəsə ürəyini aça bilər. Yaşa dolmuş insanlara gəlincə, onlar üçün özünə bab adamla ailə qurmaq çətindir. Çünki yaşlı insan küçədə kiməsə yaxınlaşıb evlənmək təklifi edə bilməz. Həm də illərlə tək yaşanlar üçün sonradan kiminləsə bir dam altında yaşamaq da çətin olur. Çox vaxt evləndikdən sonra bir-birləri ilə yola gedə bilmirlər. Yəni sözümün canı budur ki, normal insan istəsə, həyatını qurmaq üçün özünə kimisə tapa bilər, yaxud da kimsə onları tanış edə bilər. Əgər bunu edə bilmirsə, deməli, ya onların xarakterində problem var, ya da çevrələri normal deyil ki, onlara bu məsələdə yardımçı olsunlar”.

Aktrisa evlilik proqramlarının müsbət nəticə vermədiyini də bildirib:

“Evlilik proqramları təcrübəsi göstərdi ki, efir vasitəsilə ailə qurmaq istəyən adamlar adətən real həyatda ya problemli xarakterə, ya da problemli həyat tərzinə malikdirlər. Dəfələrlə olub ki, bu yolla ailə quran cütlüklər yenidən efirə çıxıb boşanmaq isiədiklərini deyiblər. Yaxud da qalmaqallı həyatları barədə danışıblar”.

Cəvahir

www.yenicag.az

1394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv