Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zümrüd Yağmurdan növbəti STATUS: “Ölkənin taleyini elə bu mitinq həll edirdi ki..?”

AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının zorakılığına məruz qalan həyat yoldaşı Zümrüd Yağmur ailəsində baş vermiş məlum hadisələrə ətraflı yazı həsr edib.

Yenicag.az xəbər verir ki, Zümrüd Yağmur “Facebook”da paylaşdığı son statusda övladlarından üzr istəyərək, bu olaydan siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərənlərə sərt mesajlar ünvanlayıb.

Zümrüd Yağmurun həmin paylaşımını ixtisarla dərc edirik:

“Baş verənlərə son sözüm və ya ədalətə(deyənlərə) başsağlığı…

Bu günlər ərzində baş verənləri izlədikcə dəhşətə qapıllrdım. Nə baş vermişdi? Bir gənc zorbalıqdan yazmışdı. Mən bunu edərdimmi? Yox! Çünki mən görünür, özüm də deyildiyi qədər sağlam və güclü deyilmişəm. Selcanın yazmasını istərdimmi? Yox. Çünki haqq deyib haqsızlıq edənin,, “bəlkə topluma bir yararı olar” düşüncəsindəydim, amma Selcan “evdə zorba olan zorbanın yürütdüyü siyasət də zorba olacaq, onda cəmiyyətə fayda olmaz” düşüncəsində idi.

Məni illərin təcrübəsi “müdrikləşdirmişdi” Selcanın cəsarətini hələ həyat qəlibləşdirməmişdi. Mən özümü aldada bilirdim, Selcansa yox. O həqiqətin düz üzünə baxırdı. Selcana mental xəstə deyənlər, yaxında bu linç etdiyiniz qızın romanını yazı masanızda görüb peşman olacağınız gün bəlkə uzaqda deyil?! Ey müsəlmanlar, hz. Əli döyüşdə üzünə tüpürən əsgəri öldürmədi, bu nəfsim üçün olur, cihad yox dedi. Bir gənc həm də nəfs üçün linç edildi. Bu böyüklükdən çox aşağısız, özünüzə gəlin.

Bu günlər xitab edib tutuna biləcək, səmimi olan az insan gördüm. Mən “məni dəstəkləyənlərə təşəkkür edirəm” demirəm, çünki məni dəstəkləyənlərin içində qarşı tərəfi söyənlər də gördüm. Söyməyən, təhqir etməyənlərə təşəkkür edirəm, deyirəm.

Vicdanlnzla baş-başa qalın. Əgər varsa… Var olduğuna inanıram. Əgər öldürməmisinizsə…

Son olaraq.

Mən də eyni şəkildə əzab çəkdim Amma qızlarımdan üzr istəyirəm. Təkcə öz qızlarımdan deyil. Bu ölkədə yüzlərlə Selcan, Sənay kimi şiddətə məruz qalıb bax elə bu anda gözünün yaşını töküb əlinin dalıyla burnunun suyunu silən, gecələr atasının bağırtılarından yatmağa qorxan, kaş öləydim, deyib hələ tam dərk etmədiyi Allahdan yardım istəyən uşaqlardan üzr istəyirəm. Üzr istəyirəm və bu məni kiçiltmir.

P. S. Mitinq qabağı deyib, sinə döyənlər, bu ölkənin taleyini elə bu mitinq həll edirdi ki, bunu əldə bayraq etmisiz? Bu qədər səbatsızlıq niyə? Hələ uzun yool var. O yolu sona qədər gedə bilmək üçün gerçəklərdən üz çevirmək lazım deyil. Mənim iradəmdən kənarda yaranmış durumu krizə çevirmədən də həll etmək olardı. Bir az eqodan geri durulsaydı.

Bu arada mitinq olarsa, mən də orda olacam. Məndən artıq vətənpərvərlik edənlər, gülünc görünürsünüz. Bir az düşünməyi öyrənin. O üzdən bu başdan deyim ki, yazılan rəylərdəki boş söyüş və düşüncələrinizə qətiyyən əhəmiyyət verməyəcəm. Silməyəcəm belə… Həm tərbiyə, həm də zəkanızı öyrənmək pis deyil”.

www.yenicag.az

3736
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100