Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Zurabişvili İrəvanda “soyqırımı” abidəsini ziyarət etdi: “Böyük rəzalətdir” - Gürcüstan parlamentinin deputatı

Reklam: High Technic

“Salome Zurabişvili özünün Türkiyə və Azərbaycana qarşı mövqeyini əvvəldən də gizlətmirdi”.

Yenicag.az xəbər verir ki, İrəvanda səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvilinin qondarma “soyqırımı” “qurbanlarına” ucaldılmış abidəni ziyarət etməsi Tiflis və Bakıda etirazla qarşılanıb.

İki həftə əvvəl Bakıya səfəri çərçivəsində Azərbaycanla dostluqdan ağızdolusu danışan Zurabişvili İrəvana səfəri zamanı Bakı və Ankaradan veriləcək reaksiyaları bilə-bilə qondarma “soyqırımı” abidəsinə gül-çiçək düzüb.

Zurabişvilinin bu davranışını Yenicag.az-a şərh edən Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyasından seçilmiş deputatı Azər Süleymanov prezidentin sözügedən addımını “seçilməyən şəxsin hərəkəti” kimi qiymətləndirib:

“Bu, əlbəttə ki, çox xoşagəlməz haldır, böyük rəzalətdir. Ancaq digər tərəfdən o da nəzərə alınmalıdır ki, Zurabişvili xalqın iradəsi yox, İvanişvilinin pulları ilə prezident təyin olunub. Bəli, seçilib yox, məhz təyin olunub. O adamı Gürcüstan vətəndaşları prezident seçməyiblər.

Zurabişvilinin İrəvanda qondarma “soyqımı” abidəsini ziyarət etməsi təəccüblü və gözlənilməz deyil. O, hələ seçki kampaniyası dövründə özünün Türkiyə və Azərbaycana qarşı mövqeyini əvvəldən də gizlətmirdi, Saakaşvilini türklərə himayədarlıq etməkdə suçlayırdı.

Təsəvvür edin ki, Zurabişvili Bakıya gələndə özünün nümayəndə heyətinə bir nəfər də olsun, yüksək vəzifəli azərbaycanlı məmur, millət vəkili daxil etmədi. Ancaq özü ilə İrəvana onlarla erməni aparıb.

Onun seçki qərargahının rəhbəri Azərbaycanın hüzn günü olan 20 yanvarda Xocalı Soyqırımının törədilməsində iştirak edən erməni terrorçusuna qoyulan abidənin açılışına qatılmışdı. Ona görə də Zurabişvilinin bu hərəkəti gözlənilən idi. Lakin yenə deyirəm, onun bu mövqeyi gürcü xalqının iradəsini əks etdirmir”.

A.Zeynalov

www.yenicag.az

2249
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM