Gürcüstan prezidenti Salome Zurabişvili ictimai televiziya şirkətinə müsahibəsində niyə “erməni karuseli” ifadəsini işlətməsinə aydınlıq gətirib.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.
“Mən erməni əsilli Gürcüstan vətəndaşlarına və rus təbliğatının da aktiv olduğu Ermənistanda yaşayan ermənilərə demək istəyirəm “erməni karuseli”ndə heç bir etnik kontekst yoxdur”, – o qeyd edib.
Gürcüstan liderinin sözlərinə görə, o, bu termini ilk dəfə Eduard Şevardnadzenin dövründə Gürcüstana qayıdanda eşidib: “Səhv etmirəmsə, Ermənistanda buna “Gürcü karuseli” deyirlər. Orada heç bir etnik əlamət yoxdur”. /unikal