www.sinerjipro.net

SinerjiProWide
Reklam

Ağdam rayonunda 1 ədəd mina aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Yenicag.az-a verilən məlumata görə, mina rayonun Əfətli kəndi ərazisində tapılıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Ağdam rayonu, Əfətli kəndi ərazisində 1 ədəd minanın olması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Qarqar çayının sahilində 1 əkin sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2015-ci il Ermənistan Respublikası istehsalı olan 1 ədəd piyada əleyhinə mina (PMN-Э) aşkar edilib. Daşınması mümkün olmadığına görə mina partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Aşkar olunan minanın ətrafında 12 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 763
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."