Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.
Azərbaycanda səfərdə olan rusiyalı deputat və ekspertlər Ağdamda Qarağacı qəbiristanlığında Milli Qəhrəman Allahverdi Bağırovun qəbrini ziyarət ediblər. Yenicag.az-ın məlumatına görə, […]
İşğaldan azad edilmiş ərazilərimizə hər səfərdə erməni vandalizminin yeni nümunələri ilə qarşılaşırıq. Başqa sözlə desək, həmin ərazilər minalardan təmizləndikcə, ermənilərin Qarabağda törətdikləri iyrəncliklər gün üzünə çıxır.
Avtobusumuz Bərdədən Ağdam yoluna dönərkən, beynimdə şəhid Xudayarın aylardan bəri şüurumuzu əsir edən, ovsunlayan o zümzüməsi dolaşırdı. Nədənsə, Xudayarın ruhunun bu torpaqlarda, həm də şad-xürrəm dolaşdığı inancındayam. Artıq azad ruhu Ağdam səmalarında dolaşır...
Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.