“Çox həyəcanlıyam, sizin suallarınızı cavablandırıram, amma içimdə konsertlə bağlı həyəcan yaşayıram. Mən sizlərdən ruh alıram”.

Yenicag.az xəbər verir ki, bu sözləri xalq artisti səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsertlə bağlı mətbuat konfransında söyləyib.

Mətbuat konfransında xalq artisti ilə yanaşı xaricdən dəvət edilmiş Michael Jackson, Diana Ross kimi dünya ulduzları ilə işləmiş xareoqraf , “Rast” qrupunun rəhbəri Rəşad Haşımov və konsertin PR meneceri Aynur Hüseynova da iştirak edib.

Xalq artisti konsert üçün milyon manat xərcləndiyini deyib.

“Dünya ulduzları konsertdən əvvəl talismanlardan istifadə edir, siz konsertinizin uğurlu keçməsi üçün hansısa mistik vasitələrdən istifadə edəcəksinizmi?”

Yenicag.az-ın sualını pop-diva belə cavablandırıb:

“Həyatda maraqlı hadisələr olur. Bu səkkiz ayda 22 rəqəmi məndən əl çəkmədi. Bir gün isə səhərdən axşama qədər “22” məni izlədi. Bu rəqəmin mistik qüvvəsi var. Hətta Almaniyadan bir yaxın dostum zəng elədi ki, “Aygün, səni təbrik edirəm, eşitdim Almaniyada ən bahalı bir məkanda özünə villa almısan, bəs səndən incimişəm, niyə mənə deməmisən?!” Dedim, “Allah ağzından eşitsin, amma belə bir şey yoxdur”. O həmin villanın fotoşəklini də çəkib mənə atdı. Dedi, “burda hamı bilir ki, bu, sənin evindir”. Hətta onu da bildirdi ki, guya mən qızımla o evə gedib-gələndə də hamı görüb. Maraqlı burasıdır ki, evin üstündə “Aygün 22” yazılmışdı. Saata baxdım, danışdığım vaxtda da saat 22-ni göstərirdi. Bu “22” lər məni təqib etdi. Hətta mən bunu topladım, yekun rəqəm 666 oldu. Dedim yox, bu işdə şeytan mənə kömək edə bilməz. Bunu bir dostuma danışan anda dedi ki, saata bax. Baxdım ki, saat 22-dir. Həmin anda 666 pozuldu, tilsim sındı”.

Qeyd edək ki, Aygün Kazımovanın konserti sentyabrın 22-də Christal Hall-da baş tutacaq. Müasir səhnə dizaynı və səs effektləri konsertə xüsusi rəng qatacaq. Biletlərin qiyməti isə 10-100 manat arasında dəyişir.

Cəvahir
Foto:Emin

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4295
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."