!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şou-biznesdə yeni “AİLƏ DUELİ”: “İndi bu sənətdə ən birinci rəqibim oğlumdur”

!Reklam – Yazi

“Dedim, gecə-səhər yuxusuz olmuşam, bütün bu çətinliklərə dözə bilsən, oxu”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov “Gül kimi şou”da deyib.

O, illər öncə yeganə övladı Qalibin müğənni olmasına qarşı çıxdığını və onu bu sənətdən ayırdığını etiraf edib:

“Onu sənətdən kənarlaşdırdım və oxumağına icazə vermədim. Sonra mənim istəyimlə maliyyə sahəsində təhsil alıb işləməyə başladı.

Amma bu sahədə işləmək istəmədiyini bildirdi. Mənə dedi ki, sən məni oxumağa qoymadın. Fikirləşdim ki, mən bu dünyadan köçəndə, günahım boynumda qalacaq.

Dedim, oxuyursan oxu, amma bu, asan sənət deyil. İki dəfə qəza keçirdim, ayaqlarım sındı, başıma çox iş gəldi. Gecə yuxusuz, səhər yuxusuz olmuşam, bütün bu çətinliklərə dözə bilsən, oxu.

Bir onda eşitdim ki, Konservatoriyaya daxil olub. Mənə bu xəbəri deyəndə, inana bilmədim. İndi şou-biznesdə ən birinci rəqibim oğlumdur”.

Nehru

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv