!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana 17 sm qar yağıb

!Reklam – Yazi

Oktyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə (Xınalıq, Qırız, Şahdağ) qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-39, Lənkəran-Astara zonasında 9-110, Böyük Qafqazda 9-70, Mərkəzi-Aran rayonlarında 8-56, Kiçik Qafqazda 22-35, Qazax-Gəncə zonasında 8-25, Naxçıvan MR-da 2-10 mm olub.

Qar örtüyünün hündürlüyü Xınalıqda 17, Qırızda 7, Ləzədə 3 sm təşkil edib.

www.yenicag.az

5036
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv