www.sinerjipro.net

SinerjiProWide
Reklam

Moskvada doğum evində çalışan azərbaycanlı ginekoloqun videosu sosial şəbəkələrdə baxılma rekordu qırır.

Yenicag.az medicina.az-a istinadən xəbər verir ki, 68 saylı doğum evində doğuş sancıları çəkən pasiyentin kişi həkimi ilə sanki klubdaymış kimi rəqs etməsi görənləri heyrətə gətirib.

Videoda ginekoloq Ruslan Xanbutayevin doğuş sancısı çəkən pasiyenti Mariya Malışevaya yaxınlaşdığı, onun ağrılarını azaltmaq üçün palatada az qala diskoteka effekti yaratdığı əks olunub. Daha sonra R. Xanbutayev hamilə pasiyenti ilə enerjili rəqs etməyə başlayıb.

Az sonra rəqsə digər həkim də qoşulur.

Görənləri həyəcanlandıran videoçarx qadınları doğuş öncəsi pozitiv əhvala kökləməkdə həkimlərin böyük rolu olduğunu bir daha göstərir.

Məlumat üçün bildirək ki, R. Xanbutayev əvvəllər Milli Onkologiya Mərkəzində çalışıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2159
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."