!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nənələrimizin hələ də istifadə olunan “MİRASI”: “Doğuşun xəstəxanada deyil, evdə baş tutması...”

!Reklam – Yazi

“Ev şəraitində gerçəkləşdirilən doğuş həm ana, həm də körpə üçün risklidir”.

Bu fikirləri bəzi bölgələrimizdə, xüsusilə, kənd yerlərində hələ də müşahidə edilən ev şəraitində doğuş hallarının yarada biləcəyi riskləri dəyərləndirən ginekoloq Rəşad Soltan Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ev şəraitində doğuş həyata keçirmək müəyyən risklərə yol açır:

“Belə hallara yol verən insanlar düşünürlər ki, xəstəxanaya getməyin önəmi yoxdur, keçmişdə nənələrimiz necə edibsə, biz də elə edək. Lakin doğuşdan sonra qanaxmalar baş verə və ya doğuşun gecikməsi problemi ola bilər.

Bununla yanaşı, ana və körpədə müxtəlif infeksiyaların yaranması da mümkündür. Ona görə doğuşlar mütləq tibb müəssisələrində və həkim nəzarətində həyata keçirilməlidir.

Doğuş zamanı bəzən heç bir müdaxiləyə ehtiyac olmasa da, dölün ürək döyüntülərini nəzarətdə saxlayırıq və yalnız baş verə biləcək ən xırda təhlükə anında müdaxilə edirik. Həmçinin doğuş geçikirsə, sürətləndirici dərmanlardan istifadə edirik və ya ən pis halda keysəriyyə əməliyyatına əl atırıq”.

Nuray Məmmədzadə

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv