HighTechnic

hightechnic
Ads by Google

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sultanahmetdəki Mərmərə Universitetinin rektorluq binasında “Mərmərə Universitetinin 135-ci ildönümü proqramı”na qatılıb.

Yenicag.az xəbər verir ki, sözügedən tədbirə azərbaycanlı aspirant, ilk ipək kitabın müəllifi, gənc rəssam  Tünzalə Məmmədzadə də qatılıb. O, Ərdoğana ilk ipək kitab olan “Qurani-Kərim” hədiyyə edib. Məmmədzadənin ipək üzərinə qızıl və gümüş rəngli iplərlə toxuduğu Qurani-Kərim hər kəsi heyran edib. Türkiyə prezidenti bu nəfis sənət əsərini görüncə heyranlığını gizlədə bilməyib və müqəddəs kitabı öpərək gözlərinin üstünə qoyub.

Qeyd edək ki, Məmmədzadə sözügedən “Qurani-Kərim”i üç il müddətində hazırlayıb. Kitabda surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Kitabın ölçüsü 29 x 33 santimetrdir. İpək kitabın hazırlanmasında 50 metr parçadan, üz qabığında isə dəri materialından istifadə olunub. Kitab 614 səhifədən ibarətdir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1029
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."