Balakəndə faciə: 2 yaşlı körpə yanaraq ölüb

Müəllif: resul

Editor

yanginBalakən rayonunun Tülü kəndində evlərdən birində ağır faciə ilə nəticələnən yanğın hadisəsi baş verib.

Yeniçağ.Az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən xəbər verir ki, rayonunun Tülü kəndində yaşayan Səltənət Məmmədovanın evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra S.Məmmədovanın nəvəsi, 2 yaşlı Ramal Alagözovun yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır