www.sinerjipro.net

SinerjiProWide
Reklam

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu matçında “Roma”nın qonağı olan “Qarabağ” meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında çıxış edən ağdamlıların baş məşqçisi Qurban Qurbanov yenilgini şərh etdikdən sonra, jurnalistlərin suallarını cavablandırıb.

– “Roma”nı təbrik edirəm. Onlara növbəti oyunlarında uğurlar arzulayıram. Çox istərdim ki, məğlub olmayaq. Amma bir qol buraxdıq. Buna baxmayaraq, razı qaldım. Layiqli çıxış etməyə çalışdıq. Ağır idi. Komandamız məğlub olmaq istəmirdi.

– Ümumilikdə, qrup mərhələsindəki çıxışınızı necə dəyərləndirirsiz? Ağabala ilə Ramili son dəqiqələrdə ikisinin eyni vaxtda buraxılması məğlub olmaq istəməməyinizdən irəli gəlirdi?
– Çıxışımızı normal hesab edirəm. “Çelsi” ilə ilk oyunu kənara qoysaq, futbolçularımız layiqli çıxış etdilər. Bəlkə də əlavə xallar qazanmaq imkanımız var idi. Amma bəzi oyunlarda vərəqə aldığımız epizodlarda futbolçularımızda təcrübə çatmadı. Ümumilikdə, razı qaldım. Rəqiblərimizin hər biri ilk iki yeri tutmağa layiq idilər. Ramillə Ağabalanı oyunun gedişatına uyğun olaraq meydana burdaxdıq. Hücumda hərəkətliliyi artımağı düşündük. Onlar hücum xəttində sürəti daha da artırmalı idilər.

– Qrupda üç oyunda qırmızı vərəqə aldınız. Onlar olmasaydı, bunun qrupdakı yerinizə təsiri ola bilərdimi? Bu gün müdafiə xəttinizin çıxışını necə dəyərləndirərdiz? Üç aparıcı futbolçunun yoxluğunda müdafiə xəttinin çıxışından razı qaldınızmı?
– Öncə bizim kimi komandalarda əlimizdə nə qədər çox oyunçu olsa, variantlar da çox olur. Onların olmaması bizim üçün sıxıntılar yaratdı. Daha çox xal toplaya bilərdikmi, bunu deyə bilmərəm. Müdafiə xəttinin oyununa gəlincə, bir-iki epizodu çıxmaq şərtilə çox diqqətli oynadılar. Hər bir futbolçunun oyunundan razı qaldım. Xüsusilə də müdafiə xəttinin oyunundan. Sadəcə, hücum xəttində düşündüyümüz bəzi epizodlar alınmadı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6645
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.