!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbi Azərbaycana aktuallaşan QAYIDIŞ: “Oralar vətəndir, o torpaqlara qayıtmalıyıq” - Millət vəkili

!Reklam – Yazi

“İctimai birliklərin həyata keçirdiyi analoji layihələr Qərbi Azərbaycana qayıdışın yolunu bir qədər də qısaldır”.

Bu fikirləri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi tərəfindən ərsəyə gətirilən “Biz qayıdacağıq…” adlı sənədli filmin aktuallığını önə çəkən Milli Məclisin deputatı Vüqar İskəndərov Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, ictimai birliklərin həyata keçirdiyi analoji layihələr Qərbi Azərbaycana qayıdışın yolunu bir qədər də qısaldır:

“Öncə qeyd etməliyəm ki, vacib bir tədbirə toplaşmışıq. Bu tədbirin gözəlliyi ondan ibarətdir ki, belə bir mərasim xüsusi təyinatlı qüvvələrin şəhid ailələrini və qazilərini öz ətrafında birləşdirən bir qurum tərəfindən təşkil edilib.

Bu filmi ərsəyə gətirən təşkilata təşəkkür edirəm. Bununla da artıq qazilərimiz və şəhid ailələri Qarabağ məsələsini bitmiş sayaraq Qərbi Azərbaycana qayıdışla bağlı film ərsəyə gətiriblərsə, deməli, onlar da sülhlə qayıdışımızı dəstəkləyirlər.

Həqiqətən də, o torpaqlara qayıtmalıyıq. İnsan doğulduğu yerdə yaşayanda, xoşbəxt sayılır. Ora vətəndir, el-obadır. Keçən il cənab Prezident də Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşündə öz tezislərini irəli sürdü, gələcək planlardan söhbət açdı.

Düşünürəm ki, İcma da bunun öhdəsindən layiqincə gəlməyə çalışır. İctimai birliklərin həyata keçirdiyi analoji layihələr Qərbi Azərbaycana qayıdışın yolunu bir qədər də qısaldır”.

Filminin rejissoru Teymur Zahidoğlu isə açıqlamasında layihə haqqında bunları deyib:“Filmi “Vətən Media” Yaradıcılıq Qrupu olaraq ərsəyə gətirmişik. Bu, il ərzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə çəkilən artıq üçüncü filmdir.

Açığı, bu mövzuda film hazırlamaq bizim üçün bir az yad idi. Çünki əsasən, hərbi mövzular üzərində işləyirik. Qısa bir müddətdə 30 ildən artıq dövrü əhatə edən hadisələri tamaşaçıya çatdırmalı idik. Məsuliyyətli iş olsa da, hesab edirəm ki, bunun öhdəsindən gəldik”.

Layihə haqqında fikirlərini bölüşən professor Firudin Cəlilov öz növbəsində Yenicag.az-a açıqlamasında filmin mövzusunun mövcud gündəmlə səsləşdiyini bildirib:“Gündəmlə səsləşdiyi üçün bu tədbirdə məmnuniyyətlə iştirak etdim. Bu kadrları ərsəyə gətirən Teymur bəyin də ustalığını qeyd etmək istəyirəm. O qədər zəngin materialları bir araya yığmaq ustalıq tələb edir.

Mövzu bu günün mövzusu deyil, əsrlərlə kökü olan məsələdir. Bunun tarixini dərindən araşdırmaq lazımdır. Bu tədbiri təşkil edənlərə təşəkkürlərimi bildirirəm”.

Yusif Səmədzadə

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv