www.sinerjipro.net

SinerjiProWide
Reklam

“İnsanlarımız bu dəyərin qədrini bilir və onu qoruyurlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Mehmet Şükrü Erdinç qardaş ölkənin Cümhuriyyət Gününü dəyərləndirərkən deyib:

“29 oktyabr tarixi Türkiyə tarixinin ən əhəmiyyətli günlərindən biridir. Bu gün ölkəmizin dördbir tərəfində böyük coşqi ilə qeyd edilir.

İnşallah, bu gün də Prezidentimizin iqamətgahında və ölkənin hər yerində xüsusi bayram mərasimləri keçiriləcək.

Cümhuriyyət – Qazi Mustafa Kamalın ölkəmizə və vətəndaşlarımıza qazandırdığı, toplumu bir araya gətirən ən qiymətli dəyərlərdən biridir.

O baxımdan, Cümhuriyyət ölkəmizin ən böyük nailiyyyəti kimi qiymətləndirilə bilər. İnsanlarımız bu dəyərin qədrini bilir və onu qoruyurlar”.

Millət vəkili daha sonra sabah açılış mərasimi keçiriləcək Bakı-Tiflis-Qars dəmiryolunun istifadəyə verilməsinə də münasibət bildirib:

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan 29 oktyabr bayram mərasimlərindən həmən sonra Bakı-Tiflis-Qars dəmiryolunun açılış mərasiminə qatılmaq üçün ikigünlük səfərlə Azərbaycana gedəcək.

Bu hadisə Türkiyə və Azərbaycan kimi, fərqli dövlətlər, ancaq eyni millət olan bu ulusun birgəliyinin ən mühüm halqalarından biridir. BTQ-nin istifadəyə verilməsinin hər iki ölkəyə xeyirli-faydalı olmasını arzulayırıq”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2076
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."