!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atatürkün partiyasında YENİ DÖNƏM: “Sədr dəyişikliyi CHP-ni aktivləşdirəcək, amma...”

!Reklam – Yazi

“Son prezident seçkilərindən sonra CHP daxilində Kılıçdaroğlunun sədrlikdən getməsinə dair çağırışlar artmışdı”.

Bu fikirləri Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasında (CHP) baş verən sədr dəyişikliyinin təşkilatın gələcək fəaliyyətinə mümkün təsirini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, sədr postunda Kamal Kılıçdaroğlunu daha gənc Özgür Özəlin əvəzləməsi CHP üçün müsbət perspektiv vəd edir:

“Demək artıqdır ki, CHP Atatürkün qurduğu partiyadır və bütün dövrlərdə Türkiyə cəmiyyətinin ən mühüm tərkib hissələrindən biridir. Bu partiya uzun müddətdir, fəaliyyətdədir və cəmiyyətdə ona olan münasibət CHP-nin hakimiyyətdə olub-olmamasından, seçkilərdə qalib gəlib-gəlməməsindən asılı deyil.

Son prezident seçkilərindən sonra CHP daxilində Kılıçdaroğlunun sədrlikdən getməsinə dair çağırışlar artmışdı. Əslində, Avropada partiyanı qələbəyə daşıya bilməyən lider özü istefaya gedir. Lakin görünür, Türkiyədə siyasətçilər hələ o səviyyəyə çatmayıblar.

Ancaq yenə də məsələ CHP-nin qurultayında həll olundu və Kılıçdaroğlu Özələ məğlub olaraq kənara çəkildi. Düzdür, Kılıçdaroğlu qıvraq olsa da, artıq yaşlanıb. O baxımdan, Özəlin seçilməsi partiya üçün müsbət haldır. Məncə, sədr dəyişikliyi CHP-ni aktivləşdirəcək, ancaq bunun tezliklə hakimiyyətə gəlmək üçün yetərli olub-olmadığını zaman göstərəcək”.

A.Zeynalov

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv