www.sinerjipro.net

SinerjiProWide
Reklam

Ukrayna prezidenti Petro Poroşenko deputat toxunulmazlığının ləğvi məsələsini gündəmə gətirib. Onun fikrincə, deputat toxunulmazlığının ləğvi korrupsiya cinayətlərinin araşdırılması baxımından yeni imkanlar açacaq və şəffaflığı artıracaq.

Görəsən, Azərbaycanda da analoji yenilik tətbiq edilə bilərmi?

ADP sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deputatların toxunulmazlıqdan məhrum edilməsinin yolverilməz olduğunu bildirdi:

“Dövlət rəhbərləri və deputatların toxunulmazlığının ləğv edilməsi məsələsi əslində, dövlətçiliklə bir araya sığmır. Çünki toxunulmazlıq dövlət rəhbərlərinin təhlükəsizliyi, səlahiyyətləri çərçivəsində düzgün fəaliyyət göstərmələri üçün labüddür. Bu baxımdan deputatlar da toxunulmaz olmalıdır.

Yalnız toxunulmazlığın olduğu şəraitdə deputat fəaliyyətini həyata keçirtmək olar.

Amma bütün dünyada qəbul edilən qaydalara görə, toxunulmaz şəxslər səlahiyyət həddini aşarsa, o zaman avtomatik olaraq, özləri-özlərini həmin hüquqdan məhrum etmiş olurlar. Bu halda artıq toxunulmazlıq hüququ aradan qalxır, avtomatik olaraq, o adama qarşı istənilən tədbiri görmək olar.

Məsələn, deputatlardan kimsə statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğuldursa, onda avtomatik olaraq toxunulmazlıq hüququndan məhrum olur. Amma ümumilikdə, deputatların toxunulmazlıqdan məhrum edilməsi həmin səlahiyyətlərin həyata keçirilməsində ciddi problemlər yarada bilər”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 826
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."