Bu gün sosial şəbəkələrdə ordu rəhbərliyinə və silahlı qüvvələrə qarşı qarayaxma kampaniyaları artıb. Bu kampaniyaların əsas məqsədi əsgərlərimizdə və gənclərimiz döyüş əzmini zəyiflətməkdir.
"Dünən yol polisi ilə yaşanan arzuolunmaz məsələ barədə yazmışdım. Bu gün Dövlət Yol Polisi idarəsindən zəng oldu və xeyli müzakirə apardıq. Mövqeyimi bildirdim ki, söhbət məndən getmir, deputat da vətəndaş kimi bütün qanunlar qarşısında bərabərdir. Heç kim qanundan yox, qanun hər kəsdən üstündür. Məsələni ictimailəşdirməklə mövcud problemlərin həllinə diqqət çəkdik”.
"Bu gün hərbi hissələrin təmir olunması, yenilərinin tikilib istifadəyə verilməsi, Azərbaycan əsgərinin və zabitinin bütün təminat formalarında şəraitinin yaxşılaşdırılması şəxsi heyətin döyüş ruhunun artmasına səbəb olur”.
Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər edilməsi ciddi müzakirələrə səbəb olub. Dövlət Gömrük Komitəsi bu dəyişikliyi büdcə daxilolmalarının artırılması və yerli sahibkarların müdafiəsi istiqamətində mühim addım kimi dəyərləndirib. Açığı bu mövqe ilə mən də razıyam. Həqiqətən büdcəyə də müsbət təsir edəcək, yerli sahibkara da. Bu öz yerində. Lakin, unutmayaq ki, istənilən qərar ikibaşlı olur və o zaman səmərəli sayılır ki, xeyiri zərərdən çox olsun.