www.sinerjipro.net

SinerjiProWide
Reklam

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq üçün icazənin (müddətin uzadılması) və iş icazəsinin verilməsi üçün tələb olunan sənədlərin sayı azaldılır.

Yenicag.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişikliklər edilir. Dəyişikliklər bürokratik əngəllərin qarşısını almaq məqsədilə təklif olunur.

Məcəlləyə təklif edilən layihəyə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) üçün ailə tərkibi haqqından arayışa, nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə, peşə ixtisası olduğu təqdirdə bununla bağlı sənədlərin notariat qaydasında təsdiq olunmuş surətlərinin təqdim olunmasına ehtiyac olmayacaq.

İş icazəsinin verilməsi üçün də işəgötürənin müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi sənədlərin sayı azaldılıb. Layihəyə əsasən, iş icazəsinin verilməsi üçün tələb olunan sənədlərdən birinə – Azərbaycanda başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində qalmasına hüquq verən müvafiq sənədin surətinin verilməsinə ehtiyac olmayacaq.

Hazırda daimi yaşamaq üçün icazənin alınması ilə bağlı 16 sənəd tələb olunur.

Layihə Mlli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (Trend)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 558
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."