!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əcnəbilərin Azərbaycan banklarına depozit axını sürətlənir: 4 ilin maksimumunda

!Reklam – Yazi

Azərbaycanda əcnəbilərin banklardakı depozitlərinin həcmi yenidən böyüyüb və bu 2018-ci ilin dekabrından bu tərəfə maksimal göstəricidir.

Bu barədəYenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci ilin 1 iyun tarixinə qeyri-rezidentlərin yerli banklardakı depozitlərin həcmi 833.4 mln. manat ekvivalentində olub. Bu da 2018-ci ilin oktyabrından bu tərəfə qeydə alınmış maksimal göstəricidir.

Son illərdə, əsasən də pandemiya dövründə Azərbaycan vətəndaşlarının banklardakı depozitlərinin həcmi azalmışdı. 2020-ci ilin 1 dekabrına 274.8 milyon manat ekv.-ə düşmüşdü.

1 iyunda göründüyü kimi 11% artmışdır. Ən böyük artım 2022-ci ilin mart ayının 1-ə qeydə alınıb. Həmin dönəmdə, əcnəbilərin depozitlərinin həcmi 88% artımla 551.7 milyon manata çatmışdı.

Qeyri-rezidentlərin depozitlərinin 206.8 milyon manatı milli, 626.6 milyon manat ekv. isə xarici valyutada olmuşdur.

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv