www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı gətirən təyyarə bir qədər əvvəl Tehran hava limanına enib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan səfər çərçivəsində İranın ali dini lideri Seyid Əli Xamneyi və prezidenti Həsən Ruhani ilə mühüm görüşlər keçirəcək.

Türkiyə prezidentini Tehranın “Mehrabad” hava limanında İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar, Türkiyənin İrandakı səfiri Rıza Hakan Tekin və digər rəsmi şəxslər qarşılayıb.

Prezident Ərdoğanı müşayiət edən heyətdə isə xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, gömrük və ticarət naziri Bülent Tüfenkci, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və tuizm naziri Numan Kurtulmuş, milli müdafiə naziri Nurettin Canikli, AKP sədrinin müavini Mehdi Eker təmsil olunurlar.

Ərdoğanın Tehran səfəri çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 4-cü toplantısı da keçiriləcək.

Məlumata görə, Ərdoğanın İranın ali rəhbərliyi ilə görüşündə əsasən, İraqın şimalında keçirilmiş “kürd referendumu”, Suriya böhranının həlli və İraqla Suriyanın ərazi bütövlüyünün qorunması məsələləri müzakirə olunacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1055
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."