!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güney Azərbaycanda repressiyaların YENİ DALĞASI: “Eynəli dağında milli bayrağımızı...”

!Reklam – Yazi

“Rejimin bu addımlarının əsas məqsədi seçkiqabağı dönəmdə milli hərəkatı zəiflətməkdir”.

Bu fikirləri İran fars-molla rejiminin Güney Azərbaycanda milli fəallara qarşı repressiv tədbirləri gücləndirdiyini bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, İran rejimi milli fəallara qarşı təzyiqləri artırmaqla seçkiqabağı “profilaktika”ya əl atır:

“Hazırda güneyli milli fəallara qarşı repressiyaların yeni dalğası başlayıb. Çox sayda soydaşımız qondarma ittihamlarla həbs olunaraq müxtəlif həbsxanalara salınıblar.

Rejimin bu addımlarının əsas məqsədi seçkiqabağı dönəmdə milli hərəkatı zəiflətmək, özləri üçün təhlükə kimi gördükləri fəaliyyətlərin qarşısını tamamilə almaqdır.

Bir müddət əvvəl güneyli fəalların Eynəli dağındakı sıldırım qayanın üzərinə Azərbaycan bayrağını və Güney Azərbaycanın mübarizə rəmzlərini həkk etmələri rejimi çox ciddi şəkildə narahat edib.

Təsəvvür edin ki, Tehrandakılar Azərbaycanla münasibətləri guya normallaşdırmaq istədiklərini bəyan etsələr də, hər zaman olduğu kimi yenə də riyakarlıqla məşğuldurlar.

Bunun əsas göstəricisi odur ki, İran rejimi güneyli fəalların həbsini onların “Azərbaycandan aldıqları təlimat üzrə ölkədə təxribat törətmək cəhdləri” ilə “əsaslandırırlar”. Bunlar əlbəttə boş ittihamlar olsa da, İranın yumşaq desək, səmimi olmadığını bir daha nümayiş etdirir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv