!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Aİ-yə mesaj: "Qəbul etməyəcəksinizsə, vaxtımızı almayın"

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Polşaya rəsmi səfərə gedib

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxış edib. Görüşdə ikili münasibətlərin müzakirə olunduğunu deyən Türkiyə prezidenti suverenliyin ölkə üçün əvəzedilməz dəyər olduğunu vurğulayıb. Türkiyə prezidenti ölkəsinin Avropa İttifaqına qoşulması məsələsi ilə bağlı isə bunları deyib:

“Polşa da Aİ-nin üzvüdür. Biz Avropa İttifaqına yaltaqlanmırıq. Polşa bizi bu mövzuda dəstəkləyir. 2017-ci ilə gəlib çatmışıq, hələ də bizi qəbul etməyiblər. Əvvəllər qarşımıza 15 fəsildən ibarət şərtlər qoyurdular, indi isə bu fəsillərin sayını 35-ə qaldırıblar. Niyə şərtləri artırırlar, bilirsinizmi? Türkiyəni qəbul etməmək üçün. Mən hərdən deyirəm ki, qəbul etməyəcəksinizsə, deyin. Nə siz bizim vaxtımızı alın, nə də ki biz sizin”.

www.yenicag.az

1378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv