www.sinerjipro.net

SinerjiProWide
Reklam

Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən “Qarabağ” – “Atletiko” matçının 74-cü dəqiqəsində matçın baş hakimi Ruddi Bukenin qonaqların qapısına penalti təyin etməməsi müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, Dieqo Qodinin Dino Ndlovuya cərimə meydançası daxilində etdiyi kobudluğa ispaniyalı hakim İturralde Qonzales də münasibət bildirib.

Maraqlıdır ki, məşhur referi sözügedən epizoda görə fransız hakimi haqlı çıxarıb. “Həmin epizodda penalti yox idi. Çünki Ndlovunun özü kontakta girməyə çalışırdı”, deyə 50 yaşlı FİFA referisi bildirib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu həmin epizodu penalti kimi qiymətləndirib. O, Yenicag.az-a açıqlamasında hakimin doğru qərar vermədiyini bildirməklə yanaşı, sarı vərəqəni də yanlış qərar adlandırıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5291
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.