!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacı İbrahim Nehrəmlinin qohumu qəzada həlak oldu - Yenilənib

!Reklam – Yazi

3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində ekskavatora çırpılan pikapda vəfat edən Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı Hacı İbrahim Nehrəmli və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun bacısı oğlu olduğu ortaya çıxıb.

Vüsal İbrahimov xeyli vaxt imiş ki, İ. Nehrəmlinin İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.

***

Qəzada həlak olan şəxs İbrahimovların bacısı oğlu deyil, Hacı İbrahim Nehrəmlinin bacanağının oğludur. Bu barədə Modern.az-a Hacı İbrahim özü məlumat verib. O qeyd edib ki, dünyasını dəyişən 41 yaşlı Vüsal İbrahimov Bakıda yaşayırmış:

“Evi, ailəsi Bakıdadır, bir oğlu, bir qızı var. İşlə bağlı İmişlidə idi. Qismət, nə etmək olar”.

 

www.yenicag.az

2478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv