!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə avtobusun aşması nəticəsində xəsarət alanların adları açıqlandı - YENİLƏNDİ/FOTO/VİDEO

!Reklam – Yazi

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Baş verən hadisə zamanı – 1972-ci il təvəllüdlü Səbinə Həsənova, 1988-cil təvəllüdlü Gülay Verdiyeva, 1985-ci il təvəllüdlü Emin Hüseynov, 1988-ci il təvəllüdlü Elnarə Ələkbərova, 2007-ci il təvəllüdlü Gülay Hüseynova və 2006-cı il təvəllüdlü Gülçin Alıyeva xəstəxanalara yerləşdiriliblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Yenicag.az-a bildirilib ki, Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar bu gün saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub:

“Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. Altı nəfərə yerində yardım göstərilib, doqquz nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub.

Xəsarət alan altı nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, iki nəfər Abbas Səhhət adına Xəstəxanaya, bir nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən dörd nəfər ambulator müalicə üçün evə buraxılıb”.

Qurumdan qeyd edilib ki, hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində beş nəfərin müalicəsi davam etdirilir, onların vəziyyətləri stabildir.

***

15:04

Gəncədə avtobusun aşması ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Yenicag.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, qəza zamanı xəsarət alanların xəstəxanaya aparılması təmin edilib.

Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək./unikal

***

14:42

Gəncədə yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Xan Bağı ərazisində qeydə alınıb. 1 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb. İlkin məlumata görə, xəsarət alanlar var.

Məlumata görə, avtobusun aşdığı ərazidə bir müddət öncə yaşayış binası inşa olunurmuş, işlər yarımçıq saxlanılıb./APA

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv