www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq. Bundan sonra da, bu rejim fəaliyyət göstərəcək”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərin görə, üzən məzənnə rejimin tətbiqini mövcud iqtisadi reallıqlar və beynəlxalq təcrübə tələb edir:

“Bu gün bir çox ölkələr bu keçidə hazırlaşır. Azərbaycanın effektli inkişafı, xüsusilə xarici şoklara davamlılığı üçün məhz üzən məzənnə rejimi ən effektli tədbirdir. Onun faktiki olaraq alternativi yoxdur. Bazarda yaranan sabitlikdən də görünür ki, üzən məzənnə rejimi özünü doğruldub”.

Son zamanlar manatın məzənnəsinin möhkəmlənməsinə toxunan baş bankir qeyd edib ki, buna tədiyə balansının vəziyyətinin yaxşılaşması, neftin bahalaşması kimi faktorlar təsir edib. E.Rüstəmov ilin sonuna kimi manatın bahalaşmasını istisna etməyib: “Müsbət tendensiyalar onun göstərir ki, manatın bahalaşmasının potensialı daha çoxdur”. (APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1999
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."