!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dollar, yoxsa manat? - Azərbaycanlı məşhurlar pullarını hansı valyuta ilə saxlayır? - SORĞU

!Reklam – Yazi

“Ehtiyat igidin yarışığıdır” deyiblər. Bu prinsipi əldə əsas tutanlar dar gün üçün pul yığırlar ki, çətinə düşəndə problemlərini həll edə bilsinlər. Belə məqamlarda bəziləri xarici valyutaya, bəziləri isə yerli pul vahidinə üstünlük verir. Maraqlıdır, sənət adamları dar gün üçün pul yığarkən hansı pul vahidinə üstünlük verir?

Sənətçilər Yenicag.az-ın “Pulunuzu dollarla, yoxsa manatla saxlayırsız?” sualını cavablandırıb:

Şölə Səfərəliyeva, əməkdar artist, müğənni:

“Artıq neçə ildir ailəmdə valideynlərimlə baş verən problemlər, ondan əvvəl pandemiya, təhsil aldığım il ölkədəki durum, iş zəifliyi və s. ilə əlaqədar o qədər xərclərim oldu ki, heç saxlayacaq əlavə pulum da qalmayıb. Nəsə qalıbsa da, yenə məişət ödənişlərinə və atamın xəstəliyi ilə əlaqədar xərclənir. Atam xərçəng xəstəsidir. Anam da bu xəstəlikdən dünyasını dəyişdi.


Eldəniz Məmmədov, müğənni:

“Nə dollarla, nə də manatla saxlayıram, çünki yoxdu. Amma olsa, avro ilə saxlamağa üstünlük verərdim”.

Ramin Hacıyev, rejissor:

“Mən ancaq Azərbaycan manatına etibar edirəm. Əsas pul olsun”.

Aynur Naz, aktrisa, müğənni:

“Allah heç kəsə dar gün göstərməsin. Amma ehtiyat üçün kənarda pul saxlamaq lazımdır. Əlbəttə ki, çətinə düşəndə heç kimə möhtac olmamaq üçün mən də pul saxlayıram, həm də manatla. Allah hər kəsin ruzusunu yetirsin, heç kimsəyə ehtiyacımız qalmasın”.

Elməddin Cəfərov, aktyor:

“Bu gün manatla yaşayıram. Pandemiya sağ olsun dal gün üçün bizdə pul qoymadı”.


Sevinc Ağaşirinova, müğənni:

“Türkiyədə yaşadığım üçün dollarla saxlayıram”.

Fira Cəlilova, aparıcı:

“Bu günlə yaşayıb, lakin sabahı düşünən biri olduğum üçün mənim də əlavə pul kisəm var. Bu fosmajor hallar üçün də ola bilər, xoşbəxt və özəl həyatım üçün də… Əlbəttə ki, nəğd saxlamıram, pullarım kartda olur. Çünki plastik kartlardan istifadə etməyi çox sevirəm. Bank hesabımı da dollar hesabı ilə açmışam ki, əlimə pul düşən kimi dollar hesabımda toplayım. Hara getməyimdən asılı olmayaraq kartım yanımda, dollarlarım içində, istədiyimi də alıb istifadə edirəm. Hər kəs düşünür ki, pul yığmaq çətindir. Belə deyil, hər ay xırda-xırda pul qoyanda ilin sonunda görürsən ki, böyük məbləğdə pul yığılıb. Ona görə də istirahətimizdən kəsməmək şərti ilə xırda-xırda pul toplamaq lazımdır. Fikir vermişəm, pulu xərclədikcə də yerinə pul gəlir. Əsas odur ki, xərcləməyə pulumuz olsun”.

Nazim Pişyari, müğənni:

“Bütün valyutaların məzənnəsi müəyyən vaxtlarda dollara nisbətən qalxıb-düşür. İstər avro olsun, istər lirə, funt strerlinq və s… Ona görə də pulu saxlamaq üçün ən münasibi yalnız dollardır”.

Günel İmanova, aktrisa:

“Dollarla saxlayıram…”

Cəvahir

www.yenicag.az

1350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv