Yazı İçi 468×60

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri bölgənin gələcəyi baxımından çox mühüm addım kimi qiymətləndirilir.

Yenicag.az xəbər verir ki, prezident Ərdoğanın Tehranda İran prezidenti Həsən Ruhani ilə apardığı danışıqlarda iki ölkənin Suriya böhranı və şimali İraqdakı kürd muxtariyyatında keçirilmiş “müstəqillik referendumu”ndan sonra yaranmış vəziyyətdə atacağı birgə addımlar razılaşdırılıb.

Türkiyə prezidenti iranlı həmkarı ilə görüşündən sonra keçirilən mətbuat konfransında iki ölkənin qeyd olunan məsələlərlə bağlı əməkdaşlığı davam etdirəcəklərini qətiyyətlə bildirib.

Bu barədə Yenicag.az-a danışan politoloq Mübariz Əhmədoğlunun fikrincə, Türkiyə ilə İran arasında əməkdaşlığın güclənməsində İsrail amilinin böyük rolu var:

Mübariz Əhmədoğlu

“Bildiyiniz kimi, həm Türkiyə, həm də İran kürdlərin referendum məsələsi ortaya çıxdığı ilk andan bu məsələyə öz etirazlarını bildirmişdilər.
Ankara da, Tehran da qəti surətdə bəyan etmişdilər ki, onlar keçirilən “müstəqillik” referendumunu tanımayacaqlar.

Artıq referendum keçirilib və nəticələr də məlumdur. Türkiyə və İran da bəyan etdikləri mövqeyə uyğun olaraq, addımlar atmağı nəzərdə tuturlar.
Ankara ilə Tehranı bu məsələdə sona qədər qətiyyətli olmağa vadar edən əsas amil İsraildir. Kürd muxtariyyatında keçirilmiş referendumu açıq şəkildə tanıyan yeganə ölkə İsraildir.

Bunun da başlıca səbəbi İsrailin “Kürdüstan” vasitəsilə bölgədə möhkəmlənmək niyyətidir. Təbii ki, İsrailin bu planı Türkiyə ilə İranı narahat etməyə bilməz.
Ona görə də Türkiyə ilə İran İsraili bölgəyə buraxmamaqda israrlıdırlar və bu istiqamətdə əməkdaşlığı davam etdirəcəklər”.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1013
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."