Yazı İçi 468×60

İraqda gedən döyüşlərdə hər iki valideyni ölən və uşaq evində saxlanılan azərbaycanlı azyaşlı Bakıya gətirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Yenicag.az-a açıqlamasında bildirib ki, onu Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiəti ilə Bakıya gətirmək mümkün olub.

XİN rəsmisi deyib ki, hazırda Abdulla adlandırılan uşağın qohumlarına verilməsi üçün lazım olan prosedurlar yerinə yetirilir.

Onun sözlərinə görə, Azərbaycanın Bağdaddakı səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər azərbaycanlıların da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir: “Bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir”,

Qeyd edək ki, azərbaycanlı uşağın İraqdan Bakıya gətirilməsi barədə ilk xəbəri “virtualaz.org” saytı yayıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1567
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."