!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milyarder Kərimov Fransada tutuldu

!Reklam – Yazi

Rusiya Federasiya Şurasının Dağıstandan seçilən üzvü, rusiyalı biznesmen Süleyman Kərimov Fransada saxlanılıb.

Yenicag.az xəbər verir ki, o, vergidən yayınmaqda ittiham olunur. Məlumata görə, S. Kərimov noyabrın 20-də hava limanında saxlanılıb.

Polis bu ilin fevral ayında Kərimovun Fransanın cənubunda yerləşən, 12 min kv.m sahəsi olan Hier villasında axtarış keçirib. Nice-Martin nəşri bir sıra elit binaların Kərimova məxsus olduğunu yazır.

Sənədlərə əsasən, bu villaların sahibi isveçrəli maliyyəçi Aleksandr Ştudxalterdir, lakin polis onun əsl sahibkarı gizlətdiyindən şübhələnir.

Xatırladaq ki, Süleyman Kərimov 2008-ci ildən Rusiya Federasiya Şurasının Dağıstandan seçilən üzvüdür. O, 2016-cı ildə “Rusiyanın ən zəngin 200 biznesmeni” siyahısında, 1.6 milyard dollar sərvəti ilə 45-ci yerdədir.

www.yenicag.az

2410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv