!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisin Cənubi Qafqaz İSRARI: “Azərbaycan və Türkiyənin bu məsələyə qarışması...”

!Reklam – Yazi

“Fransa regiona bir qəpik yatırım etməyib, amma buradan iqtisadi, siyasi dividentlər əldə etməyə çalışır”.

Bu fikirləri Fransanın Ermənistanda hərbi baza qurmaq niyyətinin Cənubi Qafqaz regionuna mümkün təsirlərini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Qabil Hüseynli bildirib ki, Fransanın Ermənistanda hərbi baza qurmaq istəyi reallaşsa, region “barıt çəlləyi”nə dönəcək:

“Fransanın indi etdiyi kifayət qədər riskli addım, ümumiyyətlə, NATO-nun tarixində hələ yaşanmamış ilklərdən biridir. Postsovet məkanında NATO-nun hərbi bazası və ya buna bənzər qurumlar heç vaxt yaradılmayıb. Postsovet məkanı müəyyən mənada Rusiyanın təsir dairəsi hesab edilirsə, orada NATO üzvü olan və Şimal Alyansının aparıcı qüvvələrindən olan Fransanın hərbi bazalarının yaradılması bölgəni barıt çəlləyinə çevirə biləcək plandır.

Fransız xalqı mədəniyyətinə, intelektual səviyyəsinə, millətçi baxışlarına görə Avropanın digər xalqlarından kəskin surətdə seçilir. Onların mental xüsusiyyətləri də tipik avropalılardan xeyli fərqlənir. Onlar təbiətcə daha çox Asiya xalqlarına bənzəyirlər.

Lakin bu ölkə xüsusilə, Makronun dövründə “bir budaqda oturub, min bir budağı silkələmə” siyasətini həyata keçirir, Cənubi Qafqazda Rusiya ilə açıq rəqabətə girmək iradəsi nümayiş etdirir. Belə təəssürat yaranır ki, Fransa bu bölgədə strateji maraqlarını reallaşdırmaqla, hansısa geostrateji dividentlər əldə etmək fikrindədir.

Bunun hansı nəticələrə səbəb olacağı barədə indidən nəsə demək çətindir. Xüsusilə, Türkiyənin birbaşa yerləşdiyi coğrafiyada bu addımı atmaq həvəsi antitürk, antimüsəlman deyimləri ilə seçilən Makronun çox riskli fəaliyyətə baş vurduğunu göstərir.

Ermənistan uğrunda rəqabət Fransa ilə Rusiya arasında gedir. Fransa Ermənistanda hərbi baza reallaşdırmaq niyyətini ciddiləşdirsə, rəqabət öz çərçivəsini aşacaq və Türkiyə ilə Azərbaycan da bu məsələyə qarışacaq. Belə olsa, Fransa bu ölkələrə qarşı təkbaşına mübarizə aparmaq imkanında olmayacaq.

Digər tərəfdən, həm ölkə ilə Cənubi Qafqaz arasında məsafə uzaqdır, həm də dünya xalqlarının bir çoxunda Fransaya qarşı kəskin münasibət formalaşıb. Üstəlik bu ölkə regiona bir qəpik yatırım etməyib, amma iqtisadi, siyasi dividentlər əldə etməyə çalışır. Ancaq bu, çətin ki reallaşsın”.

Səxavət Məmməd

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv