www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Bacanaqlar” serialının Qisməti, tanınmış aktyor Elnur Hüseynovun başına iş gəlib.

Yenicag.az-a danışan aktyor bir fotoya görə qalmaqal yaşadığını deyib:

“Mən qalmaqal və şayiələrdən həmişə qaçmışam. Amma bəzən qaça bilmədiyim məqamlar da olub. Üç il əvvəl “Bacanaqlar” serialında bir epizod oynamışdım. Qismət birgünlük toy etmişdi, gəlin də bir cazibədar model qız idi. İnanın ki, onun adını da unutmuşam. Üstündən illər keçəndən sonra, həmin fotonu üzə çıxartdılar. Daha doğrusu, modelin saytların birinə verdiyi müsahibədə serialdakı toy fotomuz da təqdim olundu. Bu foto qohum-əqrəba və dost-tanış arasında böyük hay-küyə səbəb oldu. Elə bildilər ki, doğrudan da o xanımla aramızda sevgi münasibətləri var. Mənə zənglər gəldi ki, bu, nə məsələdir? And-aman etdim ki, serialda çəkilmiş fotodur və o xanımla aramızda heç bir münasibət yoxdur”.

Aktyor buna görə həyat yoldaşı ilə aralarında narazılıq yaşamadığını deyib:

“Kənarda bu foto maraqla və təəccüblə qarşılansa da, evdə söz-söhbət yaratmadı. Çünki belə məsələlərlə bağlı evdə problem yaranmır. Mənə tam arxayındır. Əvvəl gündən bilir ki, sənət adamıyam və belə məsələlərə normal yanaşır”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2569
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.